Daha bir hakimimiz Tokio Olimpiadasında ədaləti qoruyacaq

Daha bir hakimimiz Tokio Olimpiadasında ədaləti qoruyacaq

Azərbaycanın daha bir hakimi Tokio-2020 Yay Olimpiya Oyunlarında ədaləti qoruyacaq. Karate və güləş idman növlərinin ardınca taekvondoda da referimizin olacağı dəqiqləşib. Azərbaycan Taekvondo Federasiyasının Texniki direktoru və beynəlxalq dərəcəli hakimi Oh Kvanq Çeol Dünya Taekvondo Federasiyası tərəfindən Olimpiadanın hakimləri siyahısına daxil edilib.
Ona qədər Oyunlarda karateçilərin yarışlarında Cahangir Babayevin, güləşçilərin mübarizəsində Asif Şirəliyevin referi olacağı rəsmiləşmişdi.