İnternetdə DÇ-2014-ün rəsmi topu "Brazuca”nın ilk şəkilləri yayılıb. Mundial üçün topları hazırlayan "Adidas” şirkəti tərəfindən bununla bağlı heç bir şərh verilməyib.
Topun təqdimetmə mərasiminin dekabrda keçirilməsi planlaşdırılırdı. Yeri gəlmişkən, cərimə zərbəsinin yerinə yetirilməsi üçün topun və "canlı divar”ın dəqiq yerinin qeyd edilməsi məqsədilə işlədilən spreydən gələn il Braziliyada keçirilən dünya çempionatında da istifadə olunacaq. Qərar, hakimlərlə məsləhətləşmələrdən sonra qəbul olunub. Referilərin 84 faizi bu yeniliyə "hə” deyiblər.
Bu maddə meydanı korlamır və oyunçuları
çaşdırmayacaq, çünki cəmi 45 saniyə ərzində görünür.
FİFA artıq "futbol spreyi”nin hazırlanmasıyla bağlı bir neçə əlavə təklif aldığını da təsdiqləyib.