“Mercedes”dən növbəti uğursuzluq

“Mercedes”dən növbəti uğursuzluq

Formula 1 Azərbaycan Qran-Prisi “Mercedes” komandası üçün uğursuz olub. Formula 1 üzrə dünya çempionatının Bakı mərhələsində Almaniya təmsilçisinin pilotları xal qazana bilməyiblər. Belə ki, Valtteri Bottas yarışı 12-ci, Luis Hamilton isə 16-cı pillədə başa vurublar. Bununla da 2018-ci ildən sonra ilk dəfədir ki, “Mercedes” komandası yarışda xal qazana bilməyib. Sonuncu belə hal 2018-ci ildə Avstriya Qran-Prisində baş verib.