BOK-dan Başta ilə bağlı xoş xəbər

BOK-dan Başta ilə bağlı xoş xəbər

Azərbaycan qılıncoynadanı Anna Baştaya Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) milliləşən legionerin ölkəmizi təmsil etməsinə icazə verib.

Bunu qurumun rəsmisi Mark Adams açıqlayıb. O bildirib ki, sablyaçı Rusiya deyil, Azərbaycanı təmsil edəcək: “Qərara alınıb ki, Anna Başta artıq Olimpiya Oyunlarında Rusiya deyil, Azərbaycanı təmsil etsin”.

Tolyatti şəhərində anadan olan qılıncoynadan 2019-cu ildən Azərbaycan yığmasının şərəfini qoruyur. Lakin onun Tokio-2020-də iştirakı üçün BOK-un razılığı lazım idi ki, bu məsələ də müsbət həllini tapıb. Apreldə Olimpiadaya lisenziya qazanan Başta bu turnirdə Azərbaycan bayrağı altında çıxış edə biləcək.

Qeyd edək ki, Anna Rusiya millisinin heyətində 2015-ci ildə Universiadanın qızıl, 2017-ci ildə Avropa çempionatının gümüş medalını qazanıb.