“Çelsi”nin futbolçusu rəhbərliyə müraciyət edib

“Çelsi”nin futbolçusu rəhbərliyə müraciyət edib

“Çelsi” klubunun və Şotlandiya yığmasının 19 yaşlı yarımmüdafiəçisi Billi Gilmor komanda rəhbərliyindən onu oyun təcrübəsi üçün mövsümi icarəyə buraxmasını xahiş edib.
“Reyncers”in yetirməsi London klubunda debütünü Frank Lempardın vaxtında edib. Lakin Tomas Tuxel hələlik onu klubun əsas oyunçusu kimi görmür.
Qeyd edək ki, 2023-cü ilin yayında müqaviləsi başa çatmaqda olan B.Gilmor keçən mövsüm İngiltərə Premyer Liqası çərçivəsində meydana yalnız beş dəfə çıxıb.