"Avro-2020"nin oyunlarına hazırlıq işləri müzakirə olunub

"Avro-2020"nin oyunlarına hazırlıq işləri müzakirə olunub

Futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakı şəhərində keçiriləcək dörd oyununun təşkili ilə bağlı iyunun 9-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə videokonfrans formatında müşavirə keçirilib.
Nazirlik Kabinetindən verilən məlumata görə, müşavirədə hazırlıq işlərinə dair məruzələr edilib və müvafiq tapşırıqlar verilib.