Karateçimiz bu gün Tokio-2020-yə lisenziya uğrunda mübarizəyə başlayır

Karateçimiz bu gün Tokio-2020-yə lisenziya uğrunda mübarizəyə başlayır

Karateçilərimiz Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələri qazanmaq üçün Parisdə lisenziya turnirində mübarizəni davam etdirirlər.

Turnirin son günündə daha bir karateçimiz - Asiman Qurbanlı (+75 kq) Olimpiya lisenziyası qazanmağa çalışacaq.

Qeyd edək ki, “Pyer de Kubertyen” arenasında keçirilən yarışda karateçilərimizdən Firdovsi Fərzəliyev (67 kq) uğurla çıxış edərək üçüncü yeri tutmaqla Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.