Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Turnirdə 48 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Musa Verdiyev mübarizəyə dörddəbir finaldan başlayıb. Güləşçimiz startda Moldova təmsilçisinə heç bir şans verməyib. Pəhləvanımız yarımfinalda ukraynalı rəqibini tam üstünlüklə məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə rusiyalı güləşçiyə məğlub olan M.Verdiyev gümüş medala sahib çıxıb.
Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı