FİBA prezidenti vəzifəsindən getdi

FİBA prezidenti vəzifəsindən getdi

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) prezidenti Hamane Nyanq istefa verib. Malidən olan funksioner yerli federasiyanın üzvlərinə qarşı cinsi təcavüz iddiaları ilə bağlı vəzifəsindən müvəqqəti ayrılıb.

Onu hələlik bu postda qurumun vitse-prezidenti şeyx Saud Əli Əl-Tani əvəzləyib.

Qeyd edək ki, Nyanq 1999 - 2007-ci illərdə Mali Basketbol Federasiyasına rəhbərlik edib. Təcavüzdə günahlandırılanlar yığmanın məşqçiləri - Amadu Bamba, Umar Sissoko və federasiya nümayəndəsi Hario Maiqadır. Onların hər üçü vəzifələrindən kənarlaşdırılıblar. Nyanqın özü isə ittihamları rədd edir.