"Transfer pəncərəsi”ni bağlanmasına çox az vaxt qalmış "Xəzər-Lənkəran” klubu daha bir futbolçu ilə heyətini gücləndirib. "Cənublular” braziliyalı hücuma meyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkonı heyətinə cəlb edib.Lənkəran klubu ilə birillik müqavilə imzalayan 26 yaşlı futbolçu Braziliyanın A və B seriyalarında müxtəlif komandaların heyətində çıxış edib. Üç il "Palmeyras” klubunun uğurları üçün çalışan futbolçu daha sonra "Qoias”, "Qremio”, "Nautiko” və "Branqantino” komandalarında da forma geyinib.