Ruslan Musayev nokautla qələbə qazandı

Ruslan Musayev nokautla qələbə qazandı

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən peşəkar döyüşdə təmsilçimiz Ruslan Musayev qələbə qazanıb. İdmançımız özbəkistanlı rəqibini birinci raundda nokautla məğlub edib.
Ruslan bu döyüşə peşəkarlar arası milli komandanın baş məşqçisi, respublika Əməkdar məşqçisi Elşən Abdulrəhimovla birlikdə qatılmışdı.

WAKO Dünya Kubokunun sahibi, dəfələrlə WAKO Dünya və Avropa çempionatlarının mülkafatçısı olan DİN İC-nin yetirməsi Ruslan Musayev respublikanın Əməkdar məşqçisi, milli komandanın lowkick üzrə Böyük məşqçisi, DİN İC-nin kikboksinq bölməsinin baş məşqçisi Hikmət Hacıyevin tələbəsidir.