Ürək əməliyyatı keçirən Eriksen xəstəxanadan evə buraxıldı

Ürək əməliyyatı keçirən Eriksen xəstəxanadan evə buraxıldı

Danimarka millisinin futbolçusu Kristian Eriksen xəstəxanadan evə buraxılıb. Ürəyinə implant dərialtı kardioverter-defibrillyator quraşdırmaq üçün əməliyyat olunan 29 yaşlı yarımmüdafiəçinin özünü yaxşı hiss etdiyi bildirilir. Xəstəxanadan çıxan futbolçu əvvəlcə komanda yoldaşlarına baş çəkib, ardınca isə ailəsinin yanına yollanıb.

Qeyd edək ki, Eriksen iyunun 12-də Finlandiya ilə B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra futbolçu xəstəxanaya aparılıb.