“Zadəganlar” da Hakimi üçün mübarizəyə qoşuldu

“Zadəganlar” da Hakimi üçün mübarizəyə qoşuldu

İngiltərənin “Çelsi” klubunun rəhbərliyi 22 yaşlı müdafiəçi Əşrəf Hakimi üçün transfer mübarizəsinə başlayıb. “Zadəganlar” futbolçunun transferi uğrunda mübarizədə PSJ klubuna "başağrı" olmağa qərar verib. Parislilər oyunçu üçün 70 milyon avro və bonuslar dəyərində rəsmi təklif etməyə hazırlaşır. Londonluların isə oyunçu üçün 80 milyon avro təklif etməyə hazır olduğu deyilir. Oyunçu hər iki kluba keçidə müsbət yanaşır və “İnter” rəhbərliyinin 80 milyon avroluq tələbi qarşılanacağı təqdirdə, son seçim məhz futbolçuda olacaq.