AVRO-2020: İngiltərə Şotlandiya ilə bacarmadı  

AVRO-2020: İngiltərə Şotlandiya ilə bacarmadı  

Futbol üzrə Avropa çempionatında həyəcan davam edir.  D qrupunda II turun növbəti oyunu keçirilib. İlk matçda qələbə qazanan İngiltərə millisi Şotlandiya yığması ilə qarşılaşıb.
Londondakı "Uembli" stadionunda təşkil olunan qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran İngiltərə millisi Çexiya ilə birlikdə ilk iki pilləni bölüşdürür. Şotlandiya və Xorvatiyanın aktivində isə 1 xal var.
Xatırladaq ki, iki turdan sonra İtaliya və Belçika, Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb. Niderland həm də qrup birinciliyini təmin edən ilk iştirakçı olub.