Londonlular 30 milyon xərc çəkəcəklər

Londonlular 30 milyon xərc çəkəcəklər

İngiltərənin "Tottenhem” klubu ilə İtaliyanın "Roma” klubu arasında danışıqlar davam edir. Tərəflər yarımmüdafiəçi Erik Lamelin transfer məsələsini həll etməyə çalışırlar. Deyilənlərə görə, aparılan danışıqlar müsbət yöndə həll olunmaq üzrədir və yaxın günlərdə nəticə bəlli olacaq. "Tottenhem” Lamelə görə 30 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Əlavə 5 miylon isə "Roma”ya bonus şəklində veriləcək.
İngiltərə mətbuatında yer alan daha bir xəbər Kriştanu Ronaldo ilə bağlıdır. Nüfuzlu "The Guardian” qəzetinin yazdığına görə, məşhur futbolçu karyerasını əvvəllər çıxış etdiyi "Mançester Yunayted” klubunda başa çatdırmaq arzusundadır. Qeyd edək ki, "qırmızı şeytanlar” "Real” klubunun transfer etməyə çalışdığı Qaret Beyllə bağlı məsələni diqqətlə izləyirlər. "Mançester Yunayted” rəhbərliyi hesab edir ki, Beylin İspaniya klubuna keçidi Ronaldunun işini çətinə salacaq. Bu isə portuqaliyalının yenidən İngiltərəyə qayıtmasına səbəb olacaq. "Qırmızı şeytanlar” Ronaldonun transferi ilə bağlı gələn ilin yayında "Real”la danışıqlara başlamaq istəyindədir.
Maraqlıdır ki, Ronaldonun özü də, İngiltərəyə qayıtmaq arzusunu gizlətməyib.