Azərbaycan milli komandasının voleybolçusu Olena Xarçenko Türkiyə klubuna transfer olunub. 26 yaşlı milliləşdirilmiş voleybolçumuz karyerasını “Bolu Bələdiyyəspor” klubunda davam etdirəcək. Ötən mövsümü Macarıstanın “MCM-Diamant” klubunda keçirən blokçu Türkiyə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Qeyd edək ki, “Bolu Bələdiyyəspor” ötən mövsüm Sultanlar Liqasına yüksəlib.
Millimizin üzvü Türkiyə klubunda
![Millimizin üzvü Türkiyə klubunda](https://www.olimpnews.az/uploads/img/posts/2021/06/20/Voleybol Turkiyejpeg-1624136312.jpeg)