Milli Hokkey Liqası Olimpiya Oyunlarında iştirakla bağlı qərar verməyib

Milli Hokkey Liqası Olimpiya Oyunlarında iştirakla bağlı qərar verməyib

Milli Hokkey Liqasının kommisar müavini Bill Deyli bildirib ki, Liqanın oyunçularının 2022-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarında iştirakına dair qərarın qəbulunun dəqiq vaxtı müəyyənləşdirilməyib.

“Danışıqlarımız davam edir. Qərar qəbul etmək üçün konkret vaxt yoxdur”, - deyə, B.Deyli bildirib.

Milli Hokkey Liqasının oyunçularının iştirakı ilə Olimpiya hokkey turniri 1998-ci ildən 2014-cü ilə qədər keçirilib. Qeyd edək ki, Liqanın oyunçuların sığortalanması və klub sahiblərinin müntəzəm çempionluğu dayandırmaq istəməməsi ilə bağlı fikir ayrılıqları səbəbindən 2018-ci ildə təşkil olunan Olimpiadada iştirak etməyiblər.

Xatırladaq ki, Pekində təşkil olunan Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək keçiriləcək.