Avropa çempionatının seçmə mərhələsi üçün heyət açıqlandı

​​​​​​

Avropa çempionatının seçmə mərhələsi üçün heyət açıqlandı  ​​​​​​

Azərbaycanın 3X3 basketbol millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb. Baş məşqçi Samit Nuruzadə yığmaya 4 oyunçu cəlb edib. Bunlar Anar Hacıyev, Endər Poladxanlı, Cəbrayıl Əkbərov və Polad Həsənovdur. İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək turnir iyunun 25-də start götürəcək. İki gün davam edəcək seçmə mərhələ oyunlarında 16 komanda Avropa çempionatına vəsiqə uğrunda qüvvəsini sınayacaq. Sonda 4 kollektiv həlledici raunda yüksələcək.

İsraildəki seçmə mərhələdə Azərbaycanla yanaşı, meydan sahiblərindən əlavə, Polşa, Çexiya, İsveçrə, İspaniya, Almaniya, Avstriya, Belçika, Türkiyə, Portuqaliya, Xorvatiya, Yunanıstan, Andorra və Monteneqro yığmaları mübarizə aparacaq. Avropanın digər 16 yığması isə 26 - 27 iyunda Rumıniyadakı seçmə mərhələyə qatılacaq.

Qeyd edək ki, Avropa çempionatı bu il 10 - 12 sentyabrda Fransanın paytaxtı Parisdə təşkil olunacaq.