NBA-nın pley-off mərhələsinin yarımfinal oyunlarının ilk qarşılaşmasında “Atlanta Hoks” klubu “Miluoki” komandasına 116:113 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar basketbolçusu hesabına 11 ötürmə və 48 xal yazdıran “Atlanta Hoks”un oyunçusu Trey Yanq olub.
Liqanın mətbuat xidmətindən verilən məlumata görə, 22 yaşlı amerikalı NBA-nın pley-offunda 23 yaşadək oyunçular arasında ən məhsuldar oyunçu kimi Lebron Ceyms və Kobi Brayantın rekordunu təkrarlayıb.
Xatırladaq ki, L.Ceyms 2007-ci ildə, K.Brayant isə 2001-ci ildə pley-off oyununda 48 xal toplamışdı.