“İtaliya klublarının gəliri azdır”

“İtaliya klublarının gəliri azdır”

"İnter”in prezidenti Massimo Moratti klubun səhmlərinin bir hissəsini satmaqla bağlı qərarına açıqlama gətirib. Hazırda o, bununla bağlı indoneziyalı milyarder Erik Thorirlə danışıq aparır. "La Gazzetta dello Sport” Morattinin sözlərini belə təqdim edib: "Borclar? Xeyr, bizim borclarımız o qədər deyil ki, klubu satmağa səbəb olsun. Borcların öhdəsindən özüm tək də gələ bilərəm. Məsələ gəlirlərin az olmasındadır. İtaliya klubları çox az qazanırlar, bunsuz isə klubun inkişafı mümkün deyil. "İnter”in gələcəyi üçün narahatam, amma İndoneziya bazarına çıxmaq kluba yalnız kömək edə bilər”.