Türkiyə Qran-prisi payızda olacaq

Türkiyə Qran-prisi payızda olacaq

Formula 1 üzrə Türkiyə Qran-prisi yenidən 2021 mövsümünün təqviminə əlavə edilib. Bu barədə yarışın rəsmi tvitter hesabı məlumat yayıb.
Bildirilib ki, İstanbuldakı yarış 1 - 3 okyabrda gerçəkləşəcək. Bu, mövsümün 16-cı Qran-prisi olacaq.
Qeyd edək ki, builki təqvimdə yer alan Azərbaycan Qran-prisi 4-6 iyunda keçirilib.