“Kiçik çempionlar” adlı futbol festivalı təşkil olunacaq

“Kiçik çempionlar” adlı futbol festivalı təşkil olunacaq

İyunun 30-da İmişli Olimpiya İdman Kompleksində “Regional İnkişaf” İctimai Birliyi və AFFA-nın dəstəyi ilə futbol festivalı keçiriləcək. “Kiçik çempionlar” adlı ustad dərsləri festivalında 11-14 yaş arası uşaqlar iştirak edəcəklər.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd rayonlarda futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.