Pərviz Abdullayev qələbə qazanaraq zəfərini Vətən müharibəsinin şəhidlərinə həsr etdi

Pərviz Abdullayev qələbə qazanaraq zəfərini Vətən müharibəsinin şəhidlərinə həsr etdi

“Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev (77 kq) növbəti döyüşünü keçirib. İdmançımız iyunun 26-da İstanbulda təşkil olunan “Akın döyüş arenası” çərçivəsində qüvvəsini sınayıb. “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə keçirilən döyüşdə Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələn “kobra” ləqəbli idmançımız döyüşü qələbə ilə başa vurub. İdmançımız qələbədən sonra çıxışında zəfərini Vətən müharibəsinin şəhidlərinə həsr etdiyini bildirib.

Qeyd edək ki, bu, kikboksçumuzun peşəkarlar arasında 56-cı döyüşü olub. O, bunadək keçirdiyi 55 qarşılaşmanın 49-da (26-sı nokautla) qələbə qazanıb.