Gənc cüdoçularımız Avropa kubokunda yarışacaqlar

Gənc cüdoçularımız Avropa kubokunda yarışacaqlar

Gənc cüdoçularımız iyulun 3-4də Portuqaliyada təşkil olunacaq Avropa kuboku yarışında iştirak edəcəklər.
Komandamız turnirdə 10 idmançı ilə təmsil olunacaq. Komandamızın heyətində Turan Bayramov, Samir Piriyev, Kənan İsmayılov (60 kq), Vaqif Tarverdiyev, Kamran Süleymanov (66 kq), Çingiz Fəttahov, Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) yer alıblar.