Formula bir Sankt-Peterburqu seçdi

Formula bir Sankt-Peterburqu seçdi

Formula 1 rəhbərliyi yarışların keçiriləcəyi siyahını yenidən nəzərdən keçirib. Siyahıda Rusiyanın da adı var. Lakin bu dəfə Qran-pri yarışlarına Soçi deyil, Sankt-Peterburq daxil edilib. Qərara əsasən adı çəkilən şəhərdə yarışlar 2023-cü ildə "İqora Drayv" trasında təşkil olunacaq.​
Məlumat üçün bildirək ki, Rusiyada sonuncu dəfə yarış 2014-cü ildə Soçi şəhərində keçirilmişdi.