Sumo üzrə millimiz Avropa çempionatını 5 medalla başa vurdu

Sumo üzrə millimiz Avropa çempionatını 5 medalla başa vurdu

İyunun 25-27-də Rusiyanın Kazan şəhərində sumo üzrə gənclər və böyüklər arasında Avropa çempionatı keçirilib. 15 ölkədən 400-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan sumoçuları da güclərini sınayıblar. Komandamız çempionatda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında 8 idmançı ilə təmsil olunub. İdmançılarımızdan Camal Feyziyev gənclər arasında +115 kq çəki dərəcəsində üçüncü, mütləq çəkidə isə birinci yerə sahib çıxıb. Komandamızın digər üzvü
Sadiq Əliyev (77 kq) U-21 gənclər arasında bürünc medala sahib çıxıb.
U-23 gənclər arasında yarışan Kamal Ələsgərov isə 77 kq çəki dərəcəsində üçüncü olub. Komandamıza daha bir bürünc medalı isə U-21 gənclər arasında yarışda qüvvəsini sınayan Vəliş Hacıyev (92 kq) qazandırıb. Beləliklə, sumo üzrə milli komandamız Avropa çempionatını 1 qızıl və 4 bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışda yüksək səviyyədə hakimlik edən Rəsul Həsənov və Seymur Qurbanov sertifikatlarla təltif olunublar.