Cüdoçularımız Tokio-2020-yə hazırlığını Bakıda davam etdirirlər  

Cüdoçularımız Tokio-2020-yə hazırlığını Bakıda davam etdirirlər  

Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandasının üzvləri Bakıda təlim-məşq toplanışını davam etdirir. İyunun ortalarından əvvəlcə Şahdağ, sonra isə Bakıda keçirilən hazırlıq prosesini Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi də yaxından izləyir.
Cüdoçular dəniz kənarında, eləcə də Şağandakı Olimpiya İdman Kompleksində məşq edərək fiziki və taktiki hazırlıqlarını yüksəldirlər. Millinin toplanışında bütün aparıcı cüdoçular iştirak edirlər. Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66), Rüstəm Orucov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) baş məşqçi Ruslan Maşurenko ilə böyük məşqçi Elxan Məmmədovun nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirirlər.
Qeyd edək ki, cüdo üzrə milli komanda Tokio Yay Olimpiya Oyunlarına hazırlaşır. Cüdoçular 1 - 10 iyulda Xorvatiyanın Poreç şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar. Oyunlar 23 iyul - 8 avqustda keçiriləcək.