Milli komanda Olimpiya təsnifat turnirindən imtina etdi

Milli komanda Olimpiya təsnifat turnirindən imtina etdi

Basketbol üzrə kişilərdən ibarət Seneqal yığması komanda oyunçularında aşkar edilən dörd müsbət koronavirus testi səbəbi ilə Olimpiya Oyunlarının təsnifat turnirində iştirak etməkdən imtian edib. Komanda Almaniyada təlim-məşq toplanışında olub və bu ölkənin qanunlarına görə, tam tərkibdə karantinə getməlidirlər. Beləliklə, seneqallılar Belqradda Puerto-Riko və İtaliya yığmalarına qarşı təsnifatın birinci mərhələsinin oyunlarını buraxacaqlar.
Belə ki,bu komandalar avtomatik olaraq pley-offa çıxacaq və qrupda birinci və ikinci yerlər uğrunda mübazirə aparacaq. Pley-off mərhələsində isə onları A qrupunda iki komnada gözləyəcək.
Qeyd edək ki,  Seneqal 2019-cu ildə dünya çempionatında iştirak etsə də, üç oyunun hər üçündə məğlubiyyətlə üzləşmişdi.