Püşk «Qarabağ»ın üzünü güldürmədi

Püşk «Qarabağ»ın üzünü güldürmədi

UEFA-nın İşçi Qrupunun iclasında avrokuboklardan kənarlaşdırılan Türkiyənin «Fənərbağça» klubunu hansı komandanın əvəzləyəcəyi müəyyənləşib. Qəbul edilmiş qərara əsasən, həmin komandanın adı püşk vasitəsilə bəlli olub.
Qeyd edək ki, Avroliqanın qrup mərhələsinə yüksəlmək hüququna pley-off mərhələsində mübarizəni dayandıran 30 komandadan yalnız biri yiyələnməli idi. Həmin iştirakçılar arasında təmsilçimiz "Qarabağ" klubu da yer alırdı. Amma püşk Ağdam təmsilçisi üçün uğurlu olmayıb. Belə ki, Monakoda baş tutan püşkatmada Kiprin APOEL klubu qrup mərhələsində oynamaq hüququ qazanıb.
Qeyd edək ki, ötən il pley-off mərhələsində Azərbaycan çempionu «Neftçi»yə məğlub olaraq qrup mərhələsindən kənar qalan ada təmsilçisi bu mövsüm Belçikanın «Zulte Varegem» klubuna məğlub olmuşdu - 1:1 və 1:2.