Keçmiş barselonalı «Çelsi»də

Keçmiş barselonalı «Çelsi»də

İngiltərənin «Çelsi» klubu transfer pəncərəsinin bağlanmasına çox az vaxt qalmış daha bir futbolçu ilə heyətini gücləndirib. «Zadəganlar» Mahaçqalanın «Anji» klubunun futbolçusu Samuel Eto’O ilə razılığa gəlib.
London təmsilçisi kamerunlu hücumçu ilə 1 illik müqavilə imzalayıb. Razılığa əsasən, Eto'O ilinə 7 milyon funt sterlinq qazanacaq.
Qeyd edək ki, hazırda maliyyə böhranı yaşayan Mahaçqala klubu 32 yaşlı futbolçunun keçidi üçün hər hansı bir məbləğ tələb etməyib.