Yeniyetmə cüdoçularımız Çexiyada 4 medala sahib çıxdılar

Yeniyetmə cüdoçularımız Çexiyada 4 medala sahib çıxdılar

Çexiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib. Beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz 4 medal qazanıb. Belə ki, oğlanların mübarizəsində Xəyal Həsənov (50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Bu çəkidəki digər təmsilçimiz Babarəhim Mirzəyev bürünc medala layiq görülüb. Gümüş medalı 60 kiloqram çəki dərəcəsində yarışan Aydın Rzayev qazanıb.
Qızların yarışında isə Aydan Vəliyeva millimizə gümüş medal qazandırıb. Beləliklə, milli komandamız Teplitse yarışının ilk günündə 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. Beynəlxalq yarışda Avropanın 28 ölkəsindən 371 cüdoçu medallar uğrunda mübarizə aparıb.