"Qarabağ"ın Avrokuboklar macərası başa çatdı

"Qarabağ"ın Avrokuboklar macərası başa çatdı

Dünən UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulub. Ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi «Qarabağ» Almaniyanın «Ayntraxt» (Frankfurt) klubunun qonağı olub.
Bakıda keçirilən ilk oyunda rəqibinə 0:2 hesabı ilə məğlub olan Ağdam təmsilçisinin «Kommersbank» stadionunda mərhələ keçmək şansı çox az idi. Təmsilçimiz Frankfurtda rəqibinə 1:2 hesabı ilə məğlub olub. Qarşılaşmanın 10-cu dəqiqəsində alman təmsilçisi Meyerin vurduğu qol sayəsində hesabı açıb. Qurban Qurbanovun yetirmələri ikinci hissənin 58-ci dəqiqəsində hesabı bərabərləşdirməyə müvəffəq olublar. Meydana yenicə daxil olan Reynaldo hesab arasında tarazdıq yaradıb - 1:1. Qoldan sonra da hücumlarını davam etdirən «Qarabağ» Reynaldoyla hesabda irəli keçməyə yaxın olsa da, son anda futbolçumuzun zərbəsi dəqiq olmayıb. Əvəzində alman komandası fərqlənib. Rozentalın ötürməsindən sonra İnui qarşılaşmanın müqəddəratını həll edən qolu vurub - 1:2. Bununla da, təmsilçimizin Avrokuboklar macərası başa çatıb.