Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) pauerliftinq üzrə milli komandasının üzvü Nurlan Babacanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Milli Paralimpiya komandamızın idmançıları Tokio-2020 Yay Paralimpiya Oyunlarına 32 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
İyulun 30-da milli Paralimpiya komandamızın lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcək.
Qeyd edək ki, Azərbaycan milli komandası Rio-2016 XV Yay Paralimpiya Oyunlarına 22 lisenziya qazanmışdı