Avro-2020: Bu gün ilk finalçının adına aydınlıq gələcək

Avro-2020: Bu gün ilk finalçının adına aydınlıq gələcək

Bu gün Avro-2020-də yarımfinal mərhələsinin oyunlarına start veriləcək. İlk oyun günündə bir qarşılaşma təşkil olunacaq. Londonun “Uembli” stadionunda keçiriləcək birinci yarımfinal matçında çempionatın favoritlərindən hesab olunan İtaliya və İspaniya yığmaları üz-üzə gələcəklər. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçı almaniyalı referi Feliks Brix idarə edəcək.

Yarımfinal mərhələsinin “Uembli” stadionunda keçiriləcək digər oyununda isə İngiltərə və Danimarka milliləri qarşılaşacaqlar. Həmin görüş iyulun 7-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Avro-2020-nin final matçı iyulun 11-də “Uembli” stadionunda keçiriləcək.