Dünən Monakoda UEFA Çempionlar Liqasında 2013-2014 mövsümünün qrup mərhələsinin püşkü atılıb. Avropanın nüfuzlu klub turnirinin püşkatma mərasimində iştirak edən 32 komanda 8 qrupa bölünüb. Qeyd edək ki, bu klublardan 10-u pley-off mərhələsinin qalibləri, 22-si isə turnirə birbaşa vəsiqə qazanan komandalar idi.
Püşk Türkiyənin yeganə təmsilçisi "Qalatasaray"ı güclü rəqiblərlə üz-üzə qoyub. B qrupunda yarışan qardaş ölkə təmsilçisi "Real" (Madrid), "Yuventus" və "Kopenhagen"ə rəqib olub.
Turnirin sonuncu qalibi - Almaniyanın «Bavariya» komandası CSKA (Rusiya), «Mançester Siti» (İngiltərə) və «Viktoriya» (Çexiya) komandaları ilə eyni qrupda yer alıb. Püşk çempionatın favoritlərindən sayılan İspaniyanın «Barselona» komandasını yenidən İtaliyanın «Milan» klubu ilə H qrupunda üz-üzə qoyub. «Ayaks» (Hollandiya) və «Seltik» (Şotlandiya) də nəyə qadir olduqlarını H qrupunda sübut etməyə çalışacaqlar.
A qrupu
"Mançester Yunayted" (İngiltərə)
"Şaxtyor" (Donetsk, Ukrayna)
"Bayer" (Leverkuzen, Almaniya)
"Real Sosyedad" (İspaniya)
B qrupu
"Real" (Madrid, İspaniya)
"Yuventus" (İtaliya)
"Qalatasaray" (Türkiyə)
"Kopenhagen" (Danimarka)
C qrupu
"Benfika" (Portuqaliya)
PSJ (Fransa)
"Olimpiakos" (Yunanıstan)
"Anderlext" (Belçika)
D qrupu
"Bavariya" (Almaniya)
CSKA (Moskva, Rusiya)
"Mançester Siti" (İngiltərə)
"Viktoriya" (Çexiya)
E qrupu
"Çelsi" (İngiltərə)
"Şalke" (Almaniya)
"Bazel" (İsveçrə)
"Styaua" (Rumıniya)
F qrupu
"Arsenal" (İngiltərə)
"Marsel" (Fransa)
"Borussiya» (Dortmund, Almaniya)
"Napoli" (İtaliya)
G qrupu
"Porto" (Portuqaliya)
"Atletiko" (Madrid, İspaniya)
"Zenit" (Rusiya)
"Avstriya" (Avstriya)
H qrupu
"Barselona" (İspaniya)
"Milan" (İtaliya)
"Ayaks" (Hollandiya)
"Seltik" (Şotlandiya)