Harri Keyn rekorda şərik çıxdı

Harri Keyn rekorda şərik çıxdı

İngiltərə millisinin hücumçusu Harri Keyn İngiltərə millisində əsas turnirlərdə (Avropa və dünya çempionatları) 10-cu qolunu vurub. 27 yaşlı hücumçu bununla milli tarixində əsas turnirlər üzrə ən çox qol vuran oyunçu rekorduna şərik olub. Həm Harri Keyn, həm də Qari Lineker millinin heyətində bu turnirlərdə 10 qol vurublar. AVRO-2020-nin finalında Harri Keynin vuracağı daha 1 qol onu bu cəhətdən rekordun tək sahibi edəcək.

Qeyd edək ki, ötən gecə keçirilən İngiltərə Danimarka oyununda britaniyalılar 2:1 hesabı ilə qələbə qazanıblar. UEFA tərəfindən "Oyunun ən yaxşısı" mükafatı 104-cü dəqiqədə fərqlənərək komandasını finala çıxaran Harri Keynə verilib.