AVRO-2020-nin ilk finalçısı İtaliya oldu ​

AVRO-2020-nin ilk finalçısı İtaliya oldu ​

AVRO-2020-nin ilk yarımfinalçısının adına aydınlıq gəlib. Londondakı "Uembli" stadionunda keçirilən qarşılaşmada İtaliya və İspaniya yığmaları üz-üzə gəlib. Almaniyalı FIFA referisi Feliks Brix idarə etdiyi oyunun ilk yarısında qapılara qol vurulmayıb. Matçda sükut 60-cı dəqiqədə pozulub. Appeninlilər Federiko Kyezanın sayəsində hesabda irəli çıxıblar. Buraxılan topdan sonra hücumlarının kəsərini artıran “qırmızı furya” matçın başa çatmasına 10 dəqiqə qalmış tarazlığı bərpa edib. Alvaro Morata üçqat Avropa çempionlarının bərabərlik topunu vurub. Bu eyn zamanda matçın əsas vaxtında vurulan son qol olub. Tərəflərin cəhdlərinə baxmayaraq əlavə olunmuş dəqiqələrdə də qalib müəyyənləşməyib. İlk finalçını adına 11 metrlik penalti seriyalarında aydınlıq gəlib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən “skuadra adzura” finala vəsiqə qazanıb.