Azərbaycan atletləri ilk MDB Oyunlarında iştirak edəcəklər

Azərbaycan atletləri ilk MDB Oyunlarında iştirak edəcəklər

Bu il sentyabrın 4-11-də Rusiyanın Kazan şəhərində ilk MDB ölkələrinin Oyunları keçiriləcək. Yarışlarda 2 minədək idmançı iştirak edəcək. Bu barədə Rusiyanın idman naziri Oleq Matıtsin yarışa hazırlıqla bağlı müşavirədə açıqlama verib. O, ilk Oyunlara iki aydan da az vaxtlarının qaldığını xatırladıb: "Hazırlıq dinamik rejimdə aparılır. Kazanda ümumilikdə 10 ölkədən 2 minədək iştirakçını gözləyirik. Nümayəndə heyətlərinin xərclərinin təşkilatçılar hesabına qarşılanmasına dair qərar qəbul etmişik".
Qeyd edək ki, iştirakçı ölkələr arasında Azərbaycan da yer alacaq.
Xatırladaq ki, Kazandakı ilk MDB Oyunları 4 - 11 sentyabrda keçiriləcək. Öncədən yarışların 20 - 27 sentyabr 2020-ci ildə təşkili nəzərdə tutulub. Lakin koronavirus pandemiyası üzündən Oyunlar bu ilin sentyabrına təxirə salınıb. Yarışlara 14 - 23 yaşlı idmançılar qatılacaqlar.