Avropa çempionları Avro-2020-dən nə qədər qazanacaqlar?

Avropa çempionları Avro-2020-dən nə qədər qazanacaqlar?

On altıncı Avropa çempionatının qalibi İtaliya millisinin hər bir futbolçusuna veriləcək pul mükafatı açıqlanıb. Bu haqda İtaliya mətbuatı məlumat yayıb. İtaliya Futbol Federasiyasının rəhbərliyi Avro-2020-nin qalibi olan hər bir oyunçusuna 250 min avro ayıracaq. Bu məbləğ UEFA-nın turnirin qalibi üçün ayırdığı 28 milyon avrodan xərclənəcək.

Həmçinin qeyd olunub ki, finalda ingilislərə məğlub olacağı təqdirdə, İtaliya millisinin hər oyunçusuna 200 min avro veriləcəyi planlaşdırılırdı.