Çempionlar Liqası: “Neftçi” bu gün Bakıda ikinci oyununa çıxacaq

Çempionlar Liqası: “Neftçi” bu gün Bakıda ikinci oyununa çıxacaq

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. Son oyun günündə 4 qarşılaşma təşkil olunacaq. Günün ilk matçında Qazaxıstanın “Kayrat” və İsrailin "Makkabi" (Hayfa) klubları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

İlk oyunda Gürcüstanda Tbilisi "Dinamo"suna 2:1 hesabı ilə qalib gələn "Neftçi" bu dəfə rəqibini "Bakcell Arena"da qəbul edəcək. Oyun saat 21:00-da başlayacaq.

Azərbaycan azarkeşlərini yaxından maraqlandıran digər qarşılaşma isə Polşada keçiriləcək. Millinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" doğma azarkeşləri önündə Norveçin "Budyo Qlimt" komandasını sınağa çəkəcək.Varşava təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatan ilk matçda Emreli dubl edib.