NBA-nın lideri Maykl Cordonla müqaisə olunmasını şərh edib

NBA-nın lideri Maykl Cordonla müqaisə olunmasını şərh edib

“Los Anceles Leykers” basketbol klubunun lideri Lebron Ceyms NBA-nın əfsanəvi basketbolçusu Maykl Cordonla daim müqaisə olunmasına fikir bildirib. Bildirək ki, bir çox ekspertlər və azarkeşlər M.Cordonu və L.Ceymsi tarixin dahi basketbolçuları olduqlarını vurğulayırlar.
“Etiraf edim ki, bəzən belə müqaisələrdən insan yorulur. Lakin dahilərlə müqaisə olunmağımı böyük şərəf hesab edirəm. Əfsanəvi oyunçularla eyni kateqoriyada yer almağım məni ruhlandırır. Oyunları ilə böyüdüyüm basketbolçularla müqaisə olunmağım möhtəşəmdir”,- deyə Lebron Ceyms vurğulayıb.