İsmayıllıda könüllülər kubokunun rayon mərhələsi keçirilib

İsmayıllıda könüllülər kubokunun rayon mərhələsi keçirilib

İsmayıllıda 15-17 yaşlı gənc idmançılar arasında minifutbol üzrə respublika könüllülər kuboku turnirinin zona mərhələsinə vəsiqə uğrunda rayon yarışları keçirilib. Yarışda ümumilikdə altı komanda iştirak edib.
Yarışda çıxış edən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov könüllülər kubokunun keçirilməsinin könüllü təşkilatlarda fəaliyyət göstərən gənclərin bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa cəlb etmək, gənc könüllülər arasında sağlam həyat tərzi və idman vasitəsilə sosial fəallığı artırmaq, idmanın inkişafı və könüllü idmanı üzrə beynəlxalq idman əlaqələrini möhkəmləndirmək məqsədi daşıdığını bildirib.
Yarış Uşaq-Gənclər İdman Şahmat Məktəbinin futbol idman növü üzrə baş məşqçisi Tərlan Vahidovun hakimliyi ilə keçirilib. Sonda İsmayıllı-1, Hacıhətəmli və Aşağıbaş komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Qalib komanda iyulun 25-27-də Göyçay Olimpiya Kompleksində keçiriləcək zona mərhələsində iştirak hüququ qazanıb.

İsmayıllıda könüllülər kubokunun rayon mərhələsi keçirilib