İngilisləri niyə təhqir ediblər?

İngilisləri niyə təhqir ediblər?

AVRO-2020-nin final mərhələsi zamanı İngiltərə millisinin oyunçularının ünvanına sosial şəbəkələrdə 12 min 500 təhqiramiz mesaj ünvanlanıb.
Bu haqda “Daily Mail” nəşri məlumat yayıb. İnstaqram və Tvitterdəki mesajlar əsasən futbolçuların irqi və etnik mənsubiyyəti, cinsi orientasiyası ilə bağlı olub. Həmçinin onların özləri və ailə üzvləri də hədələnib.
“Crisp” analitik şirkətinin hesablamasına əsasən, mesajlar 10 min fərqli akkauntdan yazılıb. Bu, AVRO-2020 zamanı ingilis futbolçularla bağlı sosial şəbəkədə yazılanların 3 faizini təşkil edir.