Böyük
Britaniyada fəaliyyət göstərən Odlar Yurdu təşkilatının təsis etdiyi «Baku
United» futzal klubu avqustun 31-də Polşada UEFA Futzal Kubokunun təsnifat
mərhələsi çərçivəsində çıxış etdiyi B qrupunda sonuncu oyununu keçirib. Bakılılar meydanda ev sahibləri «Visla»
klubu ilə görüşüblər. Qaydalara görə, qalib gələn komanda birbaşa UEFA Kubokunun
əsas mərhələsinə çıxmaq imkanı
əldə edirdi. Qeyd etmək lazımdır ki, oyundan öncə «Visla»nın məşqçilər korpusu və oyunçuları
Polşa mətbuatına oyunla bağlı bir sıra kəskin və iddialı bəyanatlar vermişdilər. Oyunun
keçirildiyi arena isə «Visla Krakov» futbol klubunun çılğın fanatları
tərəfindən doldurulmuşdu. Gərgin şəraitə baxmayaraq, Azərbaycan paytaxtının
adının daşıyan İngiltərə çempionu rəqibi 7-0 hesabı ilə darmadağın etməyi bacarıb.Oyunun əsas qəhrəmanları isə hərəyə 2 qol vuran Marcelo və Arnaldo olublar.
1-ci hissə olduqca gəgrin mübarizə şəraitində keçib. Komandalar açıq futbol
göstərsələr də, 1-ci hissədə yalnız bir qol vurulmuşdu, onu da «Visla»nın
qapısından Baku Unitedin veteran oyunçusu Marcelo keçirib.
Lakin 2-ci hissədə polşalılar «Baku United»in təklif etdiyi oyun tempinə
uyğunlaşa bilməyiblər və bakılılar rəqib qapısından daha 6
cavabsız top keçirərək 0-7 hesabı ilə qələbə qazanıblar. Beləliklə, «Baku United» İngiltərənin futzal tarixində ilk dəfə olaraq UEFA
Futzal Kubokunun əsas mərhələsinə çıxıb. Bununla əlaqədar
İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi «Baku United»in prezidenti və
Odlar Yurdunun sədri İlham Nağıyevi təbrik ediblər.
«Baku United» tarix yazdı


