Milli komandamızın futbolçusu Ruslan Abışovun çıxış etdiyi "Rubin” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Kazan təmsilçisi Norveçdə "Molde”yə 2:0 hesabı ilə qalib gəldiyindən, cavab görüşünə rahat çıxmışdı.
Rusiyadakı görüşdə "Rubin” Norveç çempionunu böyük hesabla məğlub edib - 3:0. Sevindirici haldır ki, bu görüşdə həmyerlimiz də 26 dəqiqə meydanda olub. Ruslan görüşün 64-cü dəqiqəsində oyuna daxil edilib. O, sentyabrın 7-də yığmalar səviyyəsində üz-üzə gələcəyi israilli Bibras Natxonu əvəzləyib.
Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov avroliqanın 3-cü təsnifat mərhələsi çərçivəsində Danimarkanın "Ranners” klubu ilə cavab görüşündə meydana çıxmışdı. O, 2:0 hesabı ilə başa çatan görüşün 87-ci dəqiqəsindən oyunda olmuşdu.