Ölkə çempionatında mübarizə başlayır

 Ölkə çempionatında mübarizə başlayır

Avqustun 30-da AFFA-nın Futbol Akademiyasında futzal üzrə ölkə çempionatının 2013/2014-cü illər mövsümünün püşkü atılıb. Püşkün nəticəsinə əsasən, son çempion "Araz” "Baku Flames” klubu ilə qarşılaşacaq. "Qarabağ veteranları” isə "Baku Fire” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. PSL "Neftçi” İSM-i, "Ekol” isə "Fənərbağça”nı qəbul edəcək.
Qeyd edək ki, oyunlar "ABU Arena”da keçiriləcək.

Ölkə çempionatı
I tur
5 sentyabr
"Qarabağ veteranları” - "Baku Fire”
"Araz” - "Baku Flames”
6 sentyabr
PSL - "Neftçi” İSM
"Ekol” - "Fənərbağça”