Futbol birinciliyinə yekun vurulub

Futbol birinciliyinə yekun vurulub

Qax rayonunda təşkil olunan məhəllələrarası futbol birinciliyinə yekun vurulub. Rayon icra hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə 12 komanda birincilik uğrunda mübarizə aparıb.
Sentyabrın 1-də şəhər stadionunda təşkil olunan birinciliyin final oyununda Qaxbaş və İngiloy-Kötüklü kəndlərinin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Qaxbaş komandası rəqibini 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb. Qalib komandanın üzvləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.