Tokio-2020: Rafiq Hüseynov bürünc medal uğrunda erməni güləşçi ilə qarşılaşacaq

Tokio-2020: Rafiq Hüseynov bürünc medal uğrunda erməni güləşçi ilə qarşılaşacaq

Tokio-2020-də mübarizə aparan yunan-Roma güləşçimiz Rafiq Hüseynov (77 kq) bu gün təsəlliverici görüşdə qüvvəsini sınayıb. Tunis təmsilçisi Lamyed Maafi ilə qarşılaşan Rafiq rəqibinə 11:1 hesabı ilə qalib gəlib. Pəhləvanımız bu qələbə sayəsində bürünc medal uğrunda görüşə vəsiqə əldə edib. Həlledici görüşdə güləşçimizin rəqibi Ermənistan təmsilçisi Karapet Çalyan olacaq. Görüş Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.

Xatırladaq ki, dünən mübarizəyə başlayan Rafiq Hüseynov 1/4 final mərhələsində qırğızıstanlı Akjol Mahmudova məğlub olmuşdu.