Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunlarına start veriləcək. İlk oyun günündə 7 qarşılaşma təşkil olunacaq. Azərbaycan təmsilçisi "Neftçi"ni mübarizədən kənarlaşdıran "Olimpiakos" Yunanıstanda Bolqarıstanın "Lüdoqorets" komandası ilə qarşılaşacaq.
3 Avqust
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi
İlk oyunlar
21:00. "Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya)
21:00. "Sparta" (Praqa, Çexiya) - "Monako" (Fransa)
22:00. ÇFR (Rumıniya) - "Yanq Boyz" (İsveçrə)
22:00. "Genk" (Belçika) - "Şaxtyor" (Donetsk, Ukrayna)
22:00. PSV (Niderland) - "Midtüllan" (Danimarka)
23:00. "Srvena Zvezda" (Serbiya) - "Şerif" (Moldova)
23:00. "Olimpiakos" (Yunanıstan) - "Lüdoqorets" (Bolqarıstan)