"Tottenhem”dən transfer olunan Qaret Beylin "Real”ın oyunçusu kimi təqdimatı keçirilib. Bəzi mənbələrə görə, bu keçidin Madrid klubuna 100 milyon avroya, digər mənbələrdə isə 91 milyon avroya başa gəldiyi bildirilir. Xatırladaq ki, "Real” Kriştianu Ronaldonu 2009-cu ildə "Mançester Yunayted”dən 93,9 milyon avroya almışdı."Real”la 6 illik müqavilə bağlayan Beyl, "Tottenhem”də olduğu kimi, Madrid klubunda da 11 nömrəli formanı geyinəcək. Uelsli cinah yarımmüdafiəçisinin yeni komamdasında ildə "təmiz”7 milyon avro maaş alacağı bildirilir.
Ötən mövsüm İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilən Beyl ümumilikdə "Tottenhem”in heyətində 203 oyun keçirib, 56 qol vurub və 58 məhsuldar ötürmə verib. O, həmçinin 41 dəfə Uels yığmasının formasını geyinib və milli matçlarda 11 dəfə fərqlənib.